İdman

“Heç bir futbolçu Messini əvəz edə bilməz”

23 Oktyabr 2018 21:18
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Heç bir futbolçu Messini əvəz edə bilməz. O, komandaya çox şey verir. Həmişə hamı gözləyir ki, Messi "Barselona"nın müsbət nəticə qazanmasını təmin edəcək".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın futbolçusu Xordi Alba Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunda "İnter"lə keçiriləcək oyunöncəsi təşkil edilən mətbuat konfransında deyib.

Kataloniya klubunun kapitanı Lionel Messi zədə səbəbindən bugünkü görüşü buraxacaq. Alba argentinalı hücumçunun yoxluğunda çətinlik çəkəcəklərini bildirib:  "Messi bütüb digər oyunçulardan fərqlənir. Onun meydanda olması komandaya əminlik verir. Leo meydanda olanda özümüzü yaxşı hiss edirik. Çətin olsa da, düşünürəm ki, qələbə bizim olacaq".

Qeyd edək ki, sabah keçiriləcək "Barselona" - "İnter"  matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.