İdman

Dünya çempionatında iştirak etmiş cüdoçularımız Bakıya qayıtdılar

23 Oktyabr 2018 18:22
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baham adalarının paytaxtı Nassau şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatında iştirak etmiş Azərbaycan millisi Bakıya dönüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yığma üzlərini idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, idmançıların yaxınları və digər şəxslər qarşılayıblar.

Qeyd edək ki, yarışda 6 kişi və 3 qadın cüdoçu ilə təmsil olunan Azərbaycan millisi 2 medal qazanıb. 55 kq çəki dərəcəsində çıxış edən Rövşən Əliyevlə Balabəy Ağayev finalda üz-üzə gəlib. Qızıl xalla qələbə qazanan Əliyev dünya çempionu olub. Ağayev isə gümüş medal əldə edib. Qadınların mübarizəsində 44 kq çəkidəki Şəfəq Həmidova 5-ci yeri tutub. Bu nəticə ilə Azərbaycan yığması ümumi komanda hesabında 4-cü, kişilərin yarışında Yaponiya və İtaliyadan sonra 3-cü yeri tutub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.