İdman

Eduard Məmmədov: "Həbibin heç bir şansı yoxdur"

23 Oktyabr 2018 11:12
0 Şərh     Baxış: 2 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ağ Canavar" ləqəbli kikboksçumuz Eduard Məmmədov UFC döyüşçüsü Həbib Nurməhəmmədovla sabiq peşəkar boksçu Floyd Meyvezerarasında rinqdə görüşün olacağına inanmır.

Milli.Az xəbər verir ki, o, bu barədə oxu.az-a açıqlamasında danışıb:

"Konor Makqreqorla Floyd Meyvezer arasında da döyüş olub, lakin, o, bir şou idi. Həbiblə Meyvezer arasında belə, şou xarakterli döyüşün olmasına inanmıram. Əgər döyüş olsa, kimin qalib gələcəyini düşünürəm? Əlbəttə ki, Meyvezerin. Həbibin rinqdə heç bir şansı yoxdur!"

Eduard Məmmədov onu da bildirib ki, Konor Makqreqorun döyüş üslubu onunkuna yaxındır:

"Həbib müsəlman olduğu üçün onun qalib gəlməsini istəyirdim. Ancaq Konorun döyüş üslubu mənə yaxın olduğundan, ona simpatiyam var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.