İdman

"Barselona" qapılarını Neymarın üzünə bağladı

22 Oktyabr 2018 20:10
0 Şərh     Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlərdə "Barselona"ya geri dönəcəyi iddia edilən Neymar haqqında klubun prezidenti Josep Maria Bartomeu açıqlama verib. 

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, prezident bu məsələnin gündəmdə olmadığını deyib:

"Neymar gedib və bir daha geri dönməyəcək. "Barselona" qapılarını onun üzünə bağlayıb. Braziliyalının qaytarılmasını müzakirə etmirik". 

Xatırladaq ki, Neymar 222 milyon avro qarşılığında PSG-yə keçib. Klubun heyətində 41 qarşılaşmada meydana çıxan "sambaçı" 39 qol vurub, 21 qol ötürməsi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.