İdman

Messi başqa planetdən gəlib - Sabiq "Barselona"lı

21 Oktyabr 2018 12:39
2 Şərh     Baxış: 1 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda karyerasını Qətərin "Əl-Sədd" klubunda davam etdirən "Barselona"nın keçmiş futbolçusu Xavi, Lionel Messi haqda açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Xavi Messinin başqa planetdən olduğunu deyib:

"Messi hər gün daha da inkişaf edir. O, başqa planetdən gəlib. Hər həftə onu izləyə bildiyimiz üçün çox şanslıyıq.

Dieqo Maradonanın Messini tənqid etməsi düzgün deyil. Məncə, ədalətsizlik edir. Üst səviyyəli milli komandada oynamaq asan deyil. İndiki dövrdə futbol başqa cür oynanılır".

Xavi 2015-ci ildən Qətər təmsilçisində çıxış edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.