İdman

İkardi İquayndan daha yaxşı hücumçudur - Sabiq “İnter”li

21 Oktyabr 2018 11:39
0 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter"in keçmiş futbolçusu İvan Samorano, sabah baş tutacaq "İnter" - "Milan" matçı ilə bağlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, sabiq forvard İtaliya mətbuatına açıqlamasında derbidə "İnter"in qalib olacağını deyib:

"Derbilərdə heç vaxt favorit olmur, 90 dəqiqə meydanda döyüş olur. Məncə, "İnter" bu matçdan qalib ayrılacaq. Oyunda adından söz etdirəcək futbolçu isə Mauro İkardi olacaq.

İkardinin Qonsalo İquayndan daha yaxşı hücumçu olduğunu düşünürəm. İkardi haqda yalnız xoş şeylər danışmaq olar. O, bir kapitan olaraq komandasını meydana çıxaracaq və qələbə qazandıracaq".

"İnter" - "Milan" matçı sabah, saat 22:30-da başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.