İdman

Ronaldu futbol tarixində yeni rekord vurdu

20 Oktyabr 2018 23:57
0 Şərh     Baxış: 2 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Yuventus" futbol komandasının portuqaliyalı hücumçusu Kriştian Ronaldu futbol tarixində yeni rekorda imza atıb.

Milli.Az "Report"a istinadən bildirir ki, futbolçu bu ilkə Avropanın güclülərdən ibarət 5 çempionatında 400 qol vurmaqla nail olub.

O, A seriyasının 9-cu turunda "Yuventus" - "Genuya" matçında fərqlənib. Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matç həm də "Yuventus"un mövsümdə xal itirdiyi ilk oyundur.

Bu, portuqaliyalı futbolçunun Turin klubunda 5-ci qoludur. Buna qədər o, Madridin "Real" klubunda 311 dəfə fərqlənib. Ronaldu həmçinin İngiltərə premyer liqasında "Mançester Yunayted"in tərkibində də 84 qol vurub. Ronaldunun adı "Qızıl top"a namizəd olan futbolçuların siyahısındadır.

Yeri gəlmişkən qeyd edək ki, İspaniya "Barselona"sının argentinalı hücumçusu Lionel Messinin isə aktivində 389 qol var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.