İdman

"Qarabağ"a texniki məğlubiyyətin veriləcəyi xəbərini bayram etmədik" - "Səbail"in hücumçusu

20 Oktyabr 2018 23:36
1 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox yaxşı oyun oldu. Hər kəs "Qarabağ"ı tanıyır. Biz gözəl oynamağa çalışdıq. Düşünürəm ki, matça tamaşa etməyə gələn hər kəs razı qaldı. "Səbail" yeni bir komandadır, "Qarabağ" kimi hədəflərimiz yoxdur. Ən başlıcası odur ki, layiqincə çıxış etdik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Səbail"in futbolçusu Ruslan Qurbanov səfərdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları, lakin rəqibin adı protokolda olmayan oyunçunu meydana buraxması səbəbindən texniki qələbə əldə edəcəkləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra keçirdiyi birifinqdə bildirib.

27 yaşlı hücumçu jurnalistlərin digər suallarını da cavablandırıb:

- Matçın sonuna qədər "Qarabağ"da Peşəkar Futbol Liqasının rəsmi saytında dərc olunmuş oyunöncəsi heyətində adı göstərilməyən futbolçunun olduğunu bildiniz?

- Açığı, uşaqlar oyundan sonra paltardəyişmə otağında dedilər. Bu, bir tərəfdən yaxşıdır, digər tərəfdən, başa düşürük ki, "Qarabağ" qələbəyə layiq idi. Hamının belə səhvləri ola bilər. Ancaq gələcəkdə heç bir komandaya belə halla üzləşməyi arzulamıram. Bu, bizim komanda ilə görüşlərdə ikinci belə haldır. Yenə bəxtimiz gətirdi.

- Bu halın davam etməsini istərdiniz?

- Xeyr. Mən belə davam etməsini istəməzdim. Biz öz oyunumuz, əməyimizlə qələbə qazanmaq istərdik. 

- Meydandan çıxarkən yaxşı əhval-ruhiyyədə deyildiniz. "Qarabağ"a texniki məğlubiyyətin veriləcəyi xəbərini eşidəndə əhvalınız yaxşı oldu?

- Yox. Biz bayram etmədik. Çünki hər kəsin belə bir halla üzləşəcəyini bilirik. "Qarabağ" qapımıza qol vuranda özüm də üzüldüm, top mənim də ayağımdan sıçrayıb keçdi. Oyunun sonuna qədər qol vurmağa çalışdım. Lakin "Qarabağ" yaxşı müdafiə olundu.

- Belə qələbələrdən sonra "Səbail"də futbolçulara mükafat verilir?

- Mükafat barədə hər hansı söhbət olmayıb. Klub mükafat verməyi vacib saysa, minnətdar olarıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.