İdman

“Halldorsson uşaq deyil, özünü necə aparmağı bilir” – Maksim Medvedev

20 Oktyabr 2018 22:32
0 Şərh     Baxış: 1 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sözün düzü, meydana çıxanda çox futbolçumuz "Neftçi"nin oyunun yekun hesabını bilmirdi. Sadəcə,  geridə olduqlarını bilirdik. Palatrdəyişmə otağında heç kimin yanında telefon olmur. Çalışırıq ki, nəticələr paltardəyişmə otağına çatmasın, futbolçuların fikri dağılmasın. Meydana çıxıb, vuruşduq. İndi də bildik ki, "Qəbələ" qalib gəlib".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Topaz Premyer Liqada 8-ci turunda öz meydanında "Səbail"i 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, bugünkü matçda futbolçular arasında əlaqənin zəif olduğunu söyləyib: "Çox çətin oyun keçdi. Çünki uzun müddətdir komanda bir yerdə deyildi. Bəzi futbolçularımız milli komandalarında, bəziləri isə zədəliydi. Uzun bir fasilədən sonra bir araya gəldik. Hiss olunurdu ki, futbolçularımız arasında əlaqə bir az zəif idi. Qol imkanlarımız oldu, təəssüf ki, cəmi bir qol vura bildik. Daha çox da vura bilərdik. Amma bu, futboldur, bəzən belə olur. Rəqib də müdafiə futbolu oynayırdı. Çalışırdılar ki, qol buraxmasınlar.  Amma müdafiəni açmağa "Qarabağ"ın təcrübəsi çatır".

29 yaşlı müdafiəçi oyunun sonlarına yaxın onlarda yorğunluq olduğunu bildirib: "İlk hissənin sonuna 5 dəqiqə qalmış və 70-ci dəqiqədən sonra yorğunluq olur. Buna baxmayaraq, bu gün meydanda hiss olunurdu ki, rəqib futbolçular bizdən daha yorğun görünür. Artıq biz müəyyən tempi tutmuşuq, gedirik".

Medvedev komanda yoldaşı Hannes Halldorssonun törətdiyi yol qəzası ilə bağlı da danışıb:
"Bu hadisələrə heç kimə təsir etmir. Halldorsson da uşaq deyil. Özünü necə aparmağı, ümumi vəziyyəti bilir. Klubun işçiləri də ona kömək olurlar. Heç bir neqativ hadisə komandaya təsir etmir. Düzdü, istəməzdik belə bir şey olsun. Amma olan hadisədir. Həmin hadisədən çıxmaq lazımdır".

Təcrübəli futbolçu son olaraq, Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib:
"Avroliqada iki məğlubiyyətdən sonra bir az vəziyyət pisləşdi. Növbəti oyunda  "Vorskla" ilə öz meydanımızda qarşılaşacağıq. İstəyirik ki, həmin oyunda qələbə qazanaraq müsbətə doğru addımlayaq. Buna görə "Vorskla" ilə oyun çox önəmlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.