İdman

"Qalatasaray"ın 16 oyunluq qalibiyyət seriyası sona çatdı - VİDEO - FOTO

20 Oktyabr 2018 09:52
0 Şərh     Baxış: 1 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Super Liqasında 9-cu tura start verilib.

Milli.Az xəbər verir ki, lider "Qalatasaray" doğma meydanda "Bursaspor"u qəbul edib. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.

"Qalatasaray" 16 oyun sonra öz meydanında xal itirib. "Cim bom" sonuncu dəfə "Türk Telekom Stadionu"nda ötən ilin 22 oktyabr tarixində "Fənərbağça" ilə 0:0 hesablı heç-heçə etmişdi.

Qeyd edək ki, 9 turdan sonra 19 xalı olan "Qalatasaray" turnir cədvəlinin zirvəsində yer alıb. 9 xalı olan "Bursaspor" isə 12-cidir.

"Qalatasaray" 1-1 "Bursaspor"

Qollar: Ərən Dərdiyok, 77 - Aytac Qara, 63

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.