İdman

Güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib

20 Oktyabr 2018 08:47
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən yarışın keçiriləcəyi "Laslo Papp" İdman Sarayında bu gün 4 kateqoriyada mübarizə aparacaq sərbəst güləşçilərin püşkatma mərasimi keçirilib. 61, 74, 86 və 125 kq-da çıxış edən pəhləvanların ilk rəqibləri müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yığmamızın üzvlərindən ikisi təsnifat, ikisi isə 1/16 final mərhələsindən mübarizəyə başlayacaq.

Qeyd edək ki, görüşlər hər gün Bakı vaxtı ilə 12.30-da start götürəcək.

61 kq
Təsnifat - Pərviz İbrahimov - Skott Şiller (Kanada)

74 kq
1/16 final - Abubakr Abakarov - Hanok Raşamin (İsrail)

86 kq
1/16 final - Murad Süleymanov - Quma Bəşir (Sudan)

125 kq
Təsnifat - Cəmaləddin Məhəmmədov - Nik Matyuxin (Almaniya)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.