İdman

"Ayntraxt" 7 qolla qalib gəldi

20 Oktyabr 2018 08:03
0 Şərh     Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Bundesliqasında 8-ci tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Frankfurt "Ayntraxt"ı evdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağınla qalib gəliblər - 7:1. Luka Yoviç 5 qol vuraraq penta-trikə imza atıb.

19 oktyabr

"Ayntraxt" - "Fortuna" - 7:1
Qollar:
 Haller, 20, 50, Yoviç, 26, 34, 55, 69, 72 - Lukebakio, 53.

Turun digər oyunları bu gün və sabah keçiriləcək.

Qeyd edək ki, turnir cədvəlinə 17 xalla Dortmund "Borussiya"sı başçılıq edir. "Leyptsiq", "Borussiya" (Münhenqladbax), "Verder" və "Herta" isə 14 xalla 2-4-cü yerləri bölüşür. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.