İdman

Nazarov yenə əsas heyətə düşmədi

20 Oktyabr 2018 08:53
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu  "Erzgebirge" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Aue təmsilçisi 10-cu turda səfərdə "Dinamo" (Drezden) ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Dinamo" - "Erzgebirge" - 1:1
Qollar: Riese, 24 (0:1), Kone, 26 (1:1)

Oyuna ehtiyat oyunçular skamyasında başlayan D.Nazarov 75-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Erzgebirge" 11 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Əlavə edək ki, D.Nazarov bugünlərdə Almaniya mətbuatına verdiyi müsahibəsində ehtiyatda qalmağından narazılıq  etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.