İdman

UEFA PSJ-ni 20 min avro cərimələyib

19 Oktyabr 2018 19:04
0 Şərh     Baxış: 965
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Fransanın "Pari Sen-Jermen" (PSG) klubunu Çempionlar Liqasının qrup mərhələsində Serbiyanın "Red Star" komandası ilə keçirdiyi matçda yaşananlarla əlaqədar 20 min avro məbləğində cərimələyib. Bununla yanaşı, hər iki komandanın azarkeşlərinin səbəb olduğu hadisələrlə bağlı əlavə araşdırmanın aparılması qərara alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə UEFA-nın saytında məlumat verilib.

"PSG"nin cərimələnməsinin əsas səbəbi oyunun gec başlaması olub. Komandanın baş məşqçisi Tomas Tüxelə bu barədə xəbərdarlıq edilib. Parislilərə qarşı, həmçinin oyun zamanı azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə və klub nümayəndələrinin uyğun olmayan davranışları ilə bağlı da iddialar irəli sürülüb. UEFA-nın "Red Star" klubunun azarkeşlərinin davranışları ilə bağlı da müəyyən ölçü götürəcəyi gözlənilir. Bununla əlaqədar oyunda baş vermiş hadisələri və hər iki komandanın azarkeşlərinin davranışlarını araşdırmaq üçün müfəttişin təyin olunması qərara alınıb.

Xatırladaq ki, oktyabrın 3-də Parisdə keçirilən həmin qarşılaşma ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.