İdman

Gecə klubunda dalaşan futbolçuya 800 min avroluq cərimə

18 Oktyabr 2018 09:45
0 Şərh     Baxış: 1 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubunun futbolçusu Arturo Vidal gecə klubunda dalaşdığı üçün 800 min avro cərimələnib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi 2017-ci ildə Almaniyanın "Bavariya" klubunda çıxış edərkən Münhendə gecə klublarının birində dava-dalaşda iştirak edib. Həmin vaxt zərərçəkmiş başına vurulan butulka nəticəsində zədə alıb.

Artıq məhkəmə həmin olayla əlaqədar yekun qərar çıxarıb. Çili yığması ilə Meksikada olduğu üçün Vidal məhkəmədə iştirak etməyib. Məhkəmə futbolçu haqqında qiyabi hökm çıxarıb. Qərara əsasən, Vidal 80 gün ərzində 800 min avro cərimə ödəməlidi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.