İdman

Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə

18 Oktyabr 2018 14:08
0 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanda keçirilən şahmat üzrə klublararası Avropa çempionatında VI tur başa çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kişilərdən ibarət "Odlar Yurdu" komandamız Slovakiyanın "Dunayska Streda" klubu ilə qarşılaşıb və 5,5:0,5 hesabı ilə qalib gəlib.

Şahmatçılarımızdan yalnız Vasif Durarbəyli heç-heçə edib. 

Xalını doqquza yüksəldən komandamız bu nəticə ilə VI pilləyə yüksəlib. Bu gün komandamızı III pillədə olan Çexiya təmsilçisi "Novi Bor"la görüş gözləyir.

Qadınlardan ibarət "Odlar Yurdu" komandamız isə İsrailin "Beer Şeva" klubuna 3,5:0,5 hesabı ilə qalib gəlib. Yalnız ilk lövhədəki şahmatçımız Günay Məmmədzadə heç-heçə edib.

Zərif şahmatçılarımız bu gün V yer uğrunda görüşdə Ukraynanın Kiyev Şahmat Federasiyası kollektivi ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.