İdman

Cüdo üzrə dünya birinciliyində Azərbaycan finalı - FOTO

18 Oktyabr 2018 08:53
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baham adalarının Nassau şəhərində gənc cüdoçuların dünya birinciliyinə start verilib. Mötəbər yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Azərbaycan Cüdo Federasiyasında Milli.Az-a verilən məlumata görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıb. Balabəy həlledici görüşə qədər Monqolustan, Hollandiya, Meksika, Rövşən Əliyev isə Macarıstan, Yaponiya və Qırğızıstan idmançılarını məğlub edib. Azərbaycan finalının qalibi adına Rövşən Əliyev layiq görülüb. Cüdoçumuza dünya çempionatının qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb. Digər cüdoçumuz Balabəy Ağayevə mundialın gümüş medalı təqdim olunub.

Qızların mübarizəsində 44 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şəfəq Həmidova bürünc medal uğrunda belçikalı Luis Pettitlə qarşılaşıb və görüşdən məğlub ayrılaraq 5-ci yeri tutub.

Beləliklə Azərbaycan cüdoçuları dünya birinciliyinin ilk yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.