İdman

İdman tarixində rekord müqavilə

18 Oktyabr 2018 08:43
0 Şərh     Baxış: 2 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikalı boksçu Saul Alvares idman tarixində rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı boksçu peşəkar idman tarixinin ən bahalı müqaviləsinə qol çəkib.

O,  DAZN strim-serveri ilə 365 milyon dollarlıq sözləşmə imzalayıb. DAZN 5 il ərzində Saulun 11 döyüşünü nümayiş etdirəcək.

Bundan əvvəlki rekord amerikalı beyzbolçu Cankarlo Stentona məxsus idi. O, 2014-cü ildə "Mayami Marlinz"lə dəyəri 325 milyon dollar olan 13 illik müqavilə imzalayıb.   

Qeyd edək ki, Saulun əməkdaşlıq çərçivəsində ilk döyüşü dekabrın 15-də Britaniya idmançısı Roki Fildinqə qarşı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.