İdman

"Qalatasaray" Şehiçi transfer edə bilər

17 Oktyabr 2018 16:01
0 Şərh     Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiçi heyətinə qata bilər.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Bosniya və Herseqovina millisinin də şərəfini qoruyan 30 yaşlı qolkiper hazırkı klubu "Erzurumspor"da maaşını ala bilmir və qış "transfer pəncərəsi"ndə komandanı tərk etmək niyyətindədir. 

Şehiçin komandadan ayırlacağı təqdirdə, "Qalatasaray"ın onun keçidi üçün danışıqlara başlayacağı iddia olunur. İstanbul təmsilçisi bosniyalı oyunçudan ikinci qapıçı kimi yararlanmaq istəyir. 

Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ"ın formasını geyinən İbrahim Şehiç azad agent kimi "Erzurumspor"a keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.