İdman

"Neftçi"nin futbolçusu Haiti millisində qol vurdu - VİDEO

17 Oktyabr 2018 13:08
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin futbolçusu Soni Mustivar Haiti millinin heyətində növbəti qolunu vurub.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi CONCACAF Millətlər Liqasında Sent-Lusia ilə səfər oyununun 13-cü dəqiqəsində fərqlənib. 

Bu, Mustivarin Haiti yığmasının heyətində 2-ci qolu (13 oyuna) olub. Start Mustivar 90+1-ci dəqiqədə əvəzlənib. Qarşılaşma Haitinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Haiti millisində çıxış edən "Qarabağ"ın yarımmüdafiəçisi  Donald Gerye zədə səbəbindən yığmaya dəvət almayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.