İdman

Məşhur futbolçu rekordlar kitabına düşdü

17 Oktyabr 2018 12:41
1 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin futbolçusu Sesk Fabreqas Ginnesin rekordlar kitabına düşüb.

Milli.Az xəbər verir ki, ispan yarımmüdafiəçi Premyer Liqada ən qısa zamanda 100 asist sayına çatan futbolçu olub. 31 yaşlı futbolçu bu göstəriciyə 293 matçda nail olub.

Əvvəlki rekord 367 oyunda 100 qol ötürməsi edən "Mançester Yunayted"in uelsli sabiq futbolçusu Rayan Giqsə aid idi. 

Qeyd edək ki, Fabreqas 2003-2011-ci illərdə "Arsenal"da çıxış edib. O, 2014-cü ildən isə "Çelsi"nin şərəfini qoruyur.

Elçin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.