İdman

"Qəbələ" və "Keşlə"nin futbolçuları Afrikada üz-üzə gəldilər

17 Oktyabr 2018 11:19
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində meydana çıxıb. O, D qrupunun 4-cü turunun Qambiya ilə səfər oyununda iştirak edib.

Qambiya yığmasının heyətində isə Topaz Premyer Liqasında çıxış edən daha bir futbolçu - "Keşlə"nin şərəfini qoruyan Ebrima Sohna da bu matçın iştirakçısı olub.

Hər iki futbolçu start heyətdə meydana çıxıb. Qarşılaşma isə Toqonun səfər qələbəsiylə başa çatıb - 1:0.

Bu komandalar arasında oktyabrın 12-də Toqoda baş tutan ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1. Lalavele və Sohha həmin matçda da bir-birinə qarşı oynamışdı.

Dörd oyundan sonra hesabında 5 xal olan Toqo 3-cü, 2 xala malik Qambiya isə sonuncu pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.