İdman

UFC prezidenti Həbiblə bağlı qərarını açıqladı

17 Oktyabr 2018 10:11
3 Şərh     Baxış: 5 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC himayəsi altında çıxış etməyə davam edəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu təşkilatın prezidenti Deyna Uayt bəyan edib.

"O qalır. Biz bacardıq və işimizə davam edəcəyik. Həbib üzülmüşdü və özündən çıxmışdı", - Uayt deyib.

UFC prezidenti qeyd edib ki, Nurməhəmmədovun çox emosional döyüşü olub, buna baxmayaraq, onlar münasibətlərini qoruya biliblər.

"Həbib əla oğlandır", - təşkilat rəhbəri əlavə edib.

Uayt bildirib ki, Zubayra Tuhuqovun turnirdəki taleyi barədə hələ qərar verilməyib.

Xatırladaq ki, oktyabrın 7-də UFC 229 turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qalib gələrək çempion kəmərini qoruyub. Döyüşdən sonra rusiyalı irlandiyalının məşqçisi Dillon Denisə, Tuhuqov isə Makqreqora hücum edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.