İdman

Nurməhəmmədovun meneceri ilə 50 Cent arasında gərginlik - FOTO

16 Oktyabr 2018 15:29
2 Şərh     Baxış: 2 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədov meneceri Əli Abdel-Əzizi reper 50 Cent-lə münaqişədə müdafiə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, reperin Həbibin Bellator döyüşlərində iştirak etməsi üçün təklif etdiyi 2 milyon dollara ərəb menecer belə cavab vermişdi:

"İki milyona reper ancaq Həbibə "Coca-Cola" şüşəsi aça bilər. Həbib 50 milyon dollardan aşağı UFC-ni tərk etməyəcək".

Məşhur amerikalı reper isə Abdel-Əzizin həmin müsahibəsindən şəklini "Instagram"da yerləşdirərək, ona belə cavab verib:

"Təmsilçiliyin daha bir pis nümunəsi. Bu axmaq ucuz kostyumda böyük pullardan danışır".

Həbib Nurməhəmmədov isə bu postun altında yazıb:

"Heç vaxt qardaşım haqda pis danışma".

Menecer də bu posta şərh yazıb:

"Mənimlə danışmaq istəyirsənsə, məni "tag" edə bilərsən. Sən iki milyon dedin, amma Həbib bu klounu (Konor Makqreqoru nəzərdə tutur - S.M.) döyməzdən qabaq 15 milyon qazanıb. Düşünürsən ki, iki milyon verməklə diqqəti özünə cəlb edəcəksən. Sənin üçün pis deyil".

Bundan sonra 50 Cent bu postu silib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.