İdman

Ramil Şeydayev Rusiyada cərimələndi

16 Oktyabr 2018 09:17
1 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Millimizin və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev Rusiyada cərimələnib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu barədə Federal Məhkəmə Pristavları Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya Premyer Liqasında mübarizə aparan "Krılya Sovetov"un formasını geyinən 22 yaşlı hücumçu yol hərəkəti qaydalarına riayət etməyib. Şeydayevin hesabında bir ödənilməmiş cərimənin olduğu bildirilir.

Şeydayevlə yanaşı, komanda yoldaşları - qapıçı Sergey Rıjikovla müdafiəçi Alan Çoçiyev də cərimələnənlər siyahısında yer alıblar.

"Krılya Sovetov"un digər futbolçuları Yevgeni Başkirov və Georgi Tigiyev isə dünən sərxoş halda avtomobil idarə etdikləri üçün yol polisi tərəfindən saxlanılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.