İdman

"Qarabağ"ın qapıçısı 90 dəqiqə oynadı

16 Oktyabr 2018 08:13
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın qapıçısı Hannes Halldorsson İslandiya millisində növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı qolkiper UEFA Millətlər Liqasının 4-cü turunda İsveçrə ilə matçda 90 dəqiqə meydanda olub.  O, 52 və 67-ci dəqiqələrdə qapısından 2 qol buraxıb.

Qeyd edək ki, İslandiya - İsveçrə görüşü qonaq komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu məğlubiyyətlə meydan sahibləri mərhələ adlamaq şanslarını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.