İdman

Bolt dopinq-testə çağırıldı

15 Oktyabr 2018 19:52
0 Şərh     Baxış: 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur yamaykalı atlet Useyn Bolt Avstraliya Dopinqlə Mübarizə Agentliyi tərəfindən dopinq testinə çağırılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, şəxsi "İnstaqram" hesabında məlumat verib.

Hələlik futbolçu kimi çıxış etdiyi "Sentral Kost Mariners" klubu ilə peşəkar müqavilə bağlamdığını bildirən Bolt nə üçün dopint-testdən keçməli olduğunu başa düşmədiyini deyib:

"Dostlar, mən futbolçu olmaq üçün yüngül atletika karyeramı bitirmişəm. Hələ peşəkar müqavilə bağlamamışam. Sizcə, dopinq-test verməliyəm? Agentliyin əməkdaşından bunun səbəbini soruşdum, mənə dedilər ki, sən yüksək səviyyəli idmançısan. Ona görə də bu testdən keçməlisən. Mən də dedim, yaxşı, necə istəyirsiniz".

Qeyd edək ki, yüngül atletika üzrə 8 dəfə olimpiya çempionu olmuş idmançı bir neçə gün öncə Sentral Kost Mariners"in "Makartur Saut Vest Yunayted"i 4:0 hesabı ilə məğlub etdiyi yoxlama oyununda meydana çıxıb və ilk qollarını vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.