İdman

Boksçularımız Olimpiadaya qələbə ilə başladılar

15 Oktyabr 2018 14:07
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentinanın paytaxtı Buenos Ayresədə Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarında boksçuların mübarizəsinə start verilib.

Milli.Az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, bu növ üzrə ilk yarış günündə Azərbaycan yığmasının hər 2 idmançısı rinqə çıxıb.

Belə ki, yığmamızın bayraqdarı, Avropa çempionu Nurlan Səfərov ilk döyüşünü kanadalı Spenser Volcoksa qarşı keçirib. 60 kq çəki dərəcəsində qüvvəsini sınayan həmyerlimiz gərgin keçən qarşılaşmada qələbə qazanıb - 3:2 (27:30, 29:28, 28:29, 30:27, 29:28).

Bu qələbə Səfərovu yarımfinala yüksəldib. Təmsilçimiz 1/2 finalda Atiçay Foemsap (Tailand) - Spenser Volcoks (Kanada) cütünün qalibi ilə üz-üzə gələcək.

69 kq çəki dərəcəsində mübarizə aparan Nicat Həsənovun da Olimpiadada debütü uğurlu alınıb. Avropa çempionatının gümüş medalçısı Amerika Samoasını təmsil edən Falaniko Tautaya tam üstünlüklə qalib gəlib və yarımfinalda iştirak hüququ qazanıb.

Boksçumuz finala gedən yolda Yassin Elouarz (Mərakeş) - Falaniko Tauta (Amerika Samoası) duelinin güclüsünü gözləyir.

Yığma üzvlərinin rəqibləri bu gün bilinəcək. Səfərovla Həsənov isə yarımfinal döyüşünə oktyabrın 16-da çıxacaqlar.

Qeyd edək ki, Oyunlarda boks yarışları 4 gün davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.