İdman

Millinin baş məşqçisi istefa verdi

15 Oktyabr 2018 11:21
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Slovakiya yığmasının baş məşqçisi Yan Kozak istefa verib.

Milli.A komanda.az-a istinadən xəbər verir ki, Kozak Millətlər Liqasında Çexiyaya məğlubiyyətdən (1:2) sonra istefa verib. Federasiya onun istefasını qəbul edib.

Oktyabrın 16-da İsveçlə keçiriləcək yoldaşlıq görüşünə Slovakiyanı Kozakın köməkçisi Ştefan Tarkoviç çıxaracaq. Ukrayna ilə Millətlər Liqasında keçiriləcək oyuna isə Slovakiya yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq.

Kozak Slovakiya yığmasında 2013-cü ildən çalışırdı. Bu ölkənin yığması onun rəhbərliyi altında AÇ-2016-nın 1/8 finalına vəsiqə qazanmışdı.

Slovakiya Millətlər Liqasında keçirdiyi hər iki qarşılaşmada məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.