İdman

Mixael Şumaxerin oğlu "Formula-3"ün qalibi oldu

14 Oktyabr 2018 09:17
0 Şərh     Baxış: 765

"Formula-1"in yeddiqat çempionu Mixael Şumaxerin oğlu Mik Avropanın "Formula-3" yarışmasının vaxtından əvvəl çempionu olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, 19 yaşlı pilot Hokkehaymdaki yarış zamanı ikinci olub və ən yaxın izləyicisi britaniyalı Den Tiktum üçün əlçatmaz olub.

"PREMA Theodore Racing" komandasını təmsil edən Mik "Formula-3"ün hazırkı mövsümündə 8 dəfə qalib gəlib. Bir il öncə özünün debüt mövsümündə pilot 12-ci olub.

2016-cı ildə Mik Şumaxer "F4"ün İtaliya və Almaniya seriyalarında ikinci olub.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.