İdman

Cəbəllütariq səfərdə Ermənistanı məğlub edib - VİDEO - FOTO

13 Oktyabr 2018 23:41
2 Şərh     Baxış: 2 501
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Ermənistan millisi UEFA Millətlər Liqası çərçivəsində ikinci dəfə məğlub olub.

Milli.Az "Report"a istinadən bildirir ki, Ermənistan yığması qrup mərhələsinin 3-cü turunda İrəvanın "Respublika" stadionunda FİFA reytinqində 198-ci pillədə qərarlaşmış Cəbəllütariq millisinə sensasiyalı şəkildə uduzub.

Oyunun 50-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi Cəbəllütariqin "Linkoln Red İmps" klubunda çıxış edən müdafiəçi Jozef Çipolina olub.

Cəbəllütariq millisi 4-cü qrupun potensial autsayderi hesab edilirdi.

Ermənistan millisi Millətlər Liqasının ilk matçında Lixteynşteyni 2:1 hesabı ilə məğlub edib, ardınca isə Makedoniyaya 0:2 uduzub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.