İdman

"Əsl kişilərin harada doğuldunu görmək istəyirsənsə, gəl" - Həbib Nurməhəmmədov - FOTO

13 Oktyabr 2018 13:27
12 Şərh     Baxış: 11 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"50 Cent" kimi tanınan məşhur amerikalı reper Körtis Cekson hesab edir ki, Konor MakQreqor üzərində qələbəyə görə mükafat olan 10 milyon dolları UFC-nin Həbib Nurməhəmmədova hələ də verməməsi ədalətsizlikdir.

Milli.Az bildirir ki, "50 Cent" Twitter akkauntunda yazıb: "UFC-nin Həbiblə davranışı düz deyil, çünki onlar Konorla belə davranmırlar. Əgər Həbib mənim üçün "Bellator"da döyüşsə, 2 milyon dollar nağd ödəyirəm. UFC bu işdə yeganə oyunçu deyil. Müqavilə ilə bağlı məsələni həll edərik. Zübeyri də götürərik".

Həbib Nurməhəmmədov isə reperə belə cavab verib: "Əsl kişilərin harada böyüdüklərini görmək istəyirsənsə - səni Dağıstana dəvət edirəm. ABŞ-a gələndə sənə xəbər edəcəyəm. Dəstəyə görə sağ ol, sən əsl kişisən!"

Oktyabrın 6-da Nurməhəmmədov irlandiyalı Konor MakQreqoru UFC çempionu titulu uğrunda döyüşün 4-cü raundunda məğlub edib. Lakin NSAC hələ də dağıstanlı döyüşçünün qonorarırı ödəməyib.

Həbib Nurməhəmmədov UFC-yə ultimatum yollayaraq bildirib ki, əgər MakQreqorla döyüşdən sonrakı davaya görə onun dostu və sparrinq-tərəfdaşı Zübeyr Tuhuqov təşkilatdan kənarlaşdırılarsa, o da UFC-ni tərk edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.