İdman

"Zirə" və "Səbail"in futbolçuları oynadı, Moldova qalib gəldi

13 Oktyabr 2018 12:49
0 Şərh     Baxış: 424

Topaz Premyer Liqasında çıxış edən "Səbail" və "Zirə"nin futbolçuları öz yığmalarında növbəti matçlarını keçirib.

Milli.Az xəbər verir ki, onlar Moldova yığmasının Millətlər Liqasının III turunda  San-Marino üzərində qələbəsində pay sahibi olublar.

"Səbail"in üzvü Yevgeni Koçuk 2:0 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə şans qazanıb. "Zirə"nin legioneri Aleksandr Dedov ev oyununa sonradan daxil olub. O, komanda yoldaşını fasilədə əvəzləyib.

Qeyd edək ki, ilk qələbəsini qazanan Moldova xal hesabını 4-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.