İdman

Arda ilə Berkayın davasının VİDEOsu

13 Oktyabr 2018 09:29
0 Şərh     Baxış: 1 677

Futbolçu Arda Turanla müğənni Berkay arasında baş vermiş davanın görüntüləri yayılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Emirganda əyləncə məkanlarının birində başlanan mübahisə daha sonra məkandan kənarda dava ilə nəticələnib. Arda Berkaya kəllə vuraraq burnunu 15 müxtəlif yerindən qırıb. Davanın Ardanın Berkayın xanımına sataşması səbəbindən baş verdiyi deyilsə də, futbolçu dəfələrlə bunu inkar edib.

Turan sonuncu açıqlamasında bunları deyib:

"Bu dəfə belə bir çirkin iftira ilə məni təkcə ictimaiyyət qarşısında deyil, 8 aylıq hamilə xanımım qarşısında da alçaltmağa çalışdılar. O gecə nələr baş verdiyini uzun-uzadı danışa bilərəm. Orada olan xanımların heç birini tanımırdım və ailəmi aşağılayacaq hər hansı addıma əsla və əsla yol vermərəm. Deyilənlər hamısı yalandır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Arda ilə Berkayın davasının VİDEOsu

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.