İdman

PSJ - "Srvena Zvezda" matçı danışılmış oyun idi?

13 Oktyabr 2018 08:04
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA bildirib ki, Çempionlar Liqasında qrup mərhələsində PSJ (Fransa) - "Srvena Zvezda" (Serbiya) qarşılaşması danışılmış oyun ola bilər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "L'Equipe" mənbəyə istinadən məlumat yayıb.

Oktyabrın 3-də keçirilmiş oyun fransızların 6:1 üstünlüklü qələbəsi ilə başa çatıb. Mənbənin məlumatına görə, Belqrad təmsilçisinin yüksək vəzifəli nümayəndələrindən biri komandasının beş qol fərqi ilə məğlub olması üçün 5 milyon avro pul qoymaq istəyib. Fransada bu oyunun danışılmış ola bilməsi ilə bağlı araşdırma başlayıb.

Xatırladaq ki, Futbol üzrə Belçika çempionatının yüksək dəstəsində də danışılmış oyunlar qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.