İdman

Useyn Bolt futbol karyerasının ilk qollarını vurdu - VİDEO

12 Oktyabr 2018 16:35
0 Şərh     Baxış: 1 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın "Sentral Kost Meriners" klubunda çıxış edən Useyn Bolt futbol karyerasının ilk qollarını vurub.

Milli.Az xəbər verir ki, yamaykalı idmançının komandası "Makartur Yunayted"lə hazırlıq oyununda üz-üzə gəlib. Qarşılaşma "Sentral Kost Meriners"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan 32 yaşlı Bolt 2 qolla yadda qalıb.

Qeyd edək ki, 8 olimpiya qızıl medalı ilə adını tarixə yazdıran əfsanəvi atlet, Londonda keçirilən 2017 Dünya Atletizm Çempionatında karyerasını bitirdiyini açıqlayıb və professional futbolla məşğul olmağa başlayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Useyn Bolt futbol karyerasının ilk qollarını vurdu

Useyn Bolt futbol karyerasının ilk qollarını vurdu -1

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.