İdman

Həbib və Konor arasındakı qarşılaşmada UFC tarixində yeni rekord

12 Oktyabr 2018 19:08
2 Şərh     Baxış: 1 778

"UFC 229" turniri çərçivəsində dağıstanlı Həbib Nurməhəmmədov ilə irlandiyalı Konor Makqreqor arasında oktyabrın 7-də ABŞ-ın Las-Veqas şəhərində keçirilən qarşılaşma ödənişli yayımların satışı üzrə bu yarışın tarixində rekord olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, turnirin yayım hüququ UFC tarixində rekord məbləğə - 2,4 milyon dollara satılıb. Bundan əvvəlki ən yüksək məbləğ 2016-cı il avqustun 20-də keçirilən "UFC 202" turnirində qeydə alınıb - 1,5 milyon dollar. Həmin turnirin əsas döyüşü Konor Makqreqor ilə amerikalı Neyt Dias arasında olub.

Xatırladaq ki, Həbib Nurməhəmmədov ilə Konor Makqreqor arasında döyüşdə dağıstanlı idmançı 4-cü raundda qalib gələrək yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub.

Bu qələbə sayəsində Həbib Nurməhəmmədov UFC-nin yeni reytinq siyahısında altı pillə irəliləyərək ikinci sıraya yüksəlib. Konor Makqreqor isə ikinci pillədən səkkizinci pilləyə geriləyib.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Kserks · 12 Oktyabr 22:3212

    2-ci rauntda Hebib mohkem qorxdu. Dizi ile Konorun basina hucum etdi, ele bildi dizi Konorun basina deyib. Her ikisinede tapsirmisdilar ki, bir birinizi zedelemeyin. Vidioda diqqetle baxin.

    Cavab yaz
    • Anonim
      Kseryana · 13 Oktyabr 12:4510

      Hamı sənin kimi qəhrəman olmazki saatda 199-la qaçsın

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.