İdman

Avropa birinciliyində 3 boksçumuz uduzdu

12 Oktyabr 2018 15:14
0 Şərh     Baxış: 528

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

Milli.Az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 31 ölkənin qatıldığı yarışın üçüncü günü Azərbaycan millisi üçün uğurlu alınmayıb. Rinqə çıxan hər 3 boksçumuz məğlubiyyətə üzülüb.

Belə ki, 57 kq çəki dərəcəsində qüvvəsini sınayan Turğay Mirzəyev belaruslu Vladislav Stselmaxovla üz-üzə gəlib. Boksçumuz 1/8 final çərçivəsində baş tutan qarşılaşmada 1:4 (28:29, 29:28, 27:30, 27:30, 27:30) hesabı ilə uduzub.

Bu mərhələ Eldar Babayev (60 kq) üçün də çətin keçib. Gürcüstanlı Giorgi Qeqetçxori ilə gücünü yoxlayan təmsilçimiz 2:3 (27:30, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub olub.

Mirzəyev və Babayev kimi, Elmir Novruzov (63 kq) da Avropa birinciliyi ilə vidalaşıb. Yığma üzvü George Banse (İngiltərə) ilə dueldən 0:5 (28:29, 28:29, 27:30, 27:30, 27:30) hesablı məğlubiyyətlə ayrılıb.

Bu gün daha 4 boksçumuz qüvvəsini sınayacaq. Onlardan 3-ü ilk döyüşünə çıxacaq. Türkeş Mustafayev (66 kq) 1/8 final çərçivəsində litvalı Edvinas Qriquolanı, Murad Allahverdiyev (80 kq) türkiyəli Əmir Böyükdağı və Əhməd Əhmədov (+80 kq) serbiyalı Mixail Miliçi sınağa çəkəcək.

70 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Quliyev isə ikinci görüşündə Nikolay Zafirovla (Bolqarıstan) üz-üzə gələcək. O, qalib gələcəyi halda, 1/4 finala yüksələcək.

Avropa birinciliyinə oktyabrın 16-da yekun vurulacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.