İdman

Arda Turan prokurorluqda ifadə verdi - "Tapançanı belimə qoyarkən atəş açıldı"

12 Oktyabr 2018 13:29
2 Şərh     Baxış: 1 724

Məşhur müğənni Berkayın burnunu sındıran və həyat yoldaşına sataşan futbolçu Arda Turan polisə çağırılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, prokurorluğun təlimatı ilə polisə 3 saat ifadə verib. Arda ifadəsində hadisənin təfərrüatlarını danışıb:

"Mən Burak Yılmazla danışarkən Berkay bir anda qolumu dartmağa başladı. Nə olduğunu anlamadım, o an vurdum. Daha sonra öyrəndim ki, həyat yoldaşına söz atmışam. Birincisi, mən həyat yoldaşını tanımıram. Tanımadığım bir adamın evli olduğunu da bilmirəm. Həmçinin həyat yoldaşı "Arda tualetə gedərkən mənə toxundu" deyib. Təhlükəsizlik kameralarından da müəyyən etmək olar ki, heç tualetə getməmişəm".

Əlində tapança ilə xəstəxanaya gedən Arda hadisəni belə izah edib:

"Mən arxasınca xəstəxanaya getdim. Berkaya söylədim ki, xanımına heç nə deməmişəm. "Buna necə inanırsan?" sual verdim. Hətta, o da mənə "Kapitan, mən sənə inanıram" dedi. Belimdə olan tapança çıxarıb orada olan masaya qoydum, inanmırsansa, məni vur, dedim. Burnu sınıq olduğu üçün ona "Mən buradayam əgər təcavüz olduğunu düşünürsənsə, al silah burada, mən səndən şikayətçi də olmayacağam, nə edirsən, et" dedim. Sonra belimə tapançanı təkrar qoyarkən atəş açılıb".

Burnu sınan Berkay isə "Ardayla halallaşıram, amma bir şərtim var" deyib:

"Mənə bir şey olmaz deyən Arda Turan gününü görəcək. Şərtim odur ki, ictimaiyyətdən üzr istəsin və sonra onunla təkbətək 20 dəqiqə bir otaqda qalaq. Ondan sonra hər şeyi silirəm. Bu məsələni belə qoymayacam. Araya girənlərin hamısına salamlarımı göndərirəm. Bəzilərinin mafiya hərəkətləriylə mənə bir şey olmaz havalarını da kimsəyə yedirtmərəm".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Xxx · 12 Oktyabr 13:4040

    Artistlik eleme Arda hami bikir ki pul seni qudurdub.

    Cavab yaz
  • Anonim
    Xxx · 12 Oktyabr 13:4330

    Ifadesinde deyir ki, men o qafina satawmamiwam, sonrada deyir ki, o qadinin Berkayin heyat yoldawi oldugunu bilmemiwem, tanimadigim insanin evli olub olmadigini nece bilerem. Demeli satawmisanda niye yoxsa bele bir soz deyirsen. Bu xeberleri turk mediasindan deqiq oxumuwam, burda qisa yazilib

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.