İdman

"Birinci yer bizim üçün çox vacibdir" - Elxan Məmmədov

12 Oktyabr 2018 10:59
1 Şərh     Baxış: 1 197
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bugünkü qələbə komandanı yenidən oyuna, ilk pillə üçün mübarizəyə qaytardı. Bu, çox vacib idi. Əsas odur ki, 1:0 öndə olarkən komanda müdafiə olunmaq əvəzinə irəli getdi və 3 qol vurdu. Bu da vacib məqam idi. Ümid edirəm ki, növbəti matçda da millimiz gözəl oyunla qələbə qazanacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

UEFA Millətlər Liqasının III tur matçında Farer adaları - Azərbaycan matçından (0:3) sonra səfərə ezam olunmuş əməkdaşımızın da iştirak etdiyi brifinqdə baş katib jurnalistlərin suallarını cavablandırıb.

Yığma komandanın Millətlər Liqasında mükafatı necə müəyyənləşib? Hər oyun üçün ayrıca məbləğ təyin olunub, ya qrupdan çıxmaq üçün ümumi mükafat nəzərdə tutulub?

- Təbii ki, biz baş məşqçi ilə məsləhətləşirik, onun tövsiyələrini nəzərə alaraq mükafat təyin edirik. Əlbəttə, birinci yer bizim üçün çox vacibdir, məqsədimiz bu yeri əldə etməkdir. Amma baş məşqçi komandanın psixoloji vəziyyətini daha yaxşı bilir və hansı anda nə etmək lazım olduğuna o qərar verir. Komandamız da Millətlər Liqasını fürsət kimi görür və ilk növbədə birinci yeri tutmaq istəyir.

Hava şəraiti ilə əlaqədar olaraq oyunun təxirə düşmə ehtimalı rəsmilər arasında müzakirə olundumu?

- Biz də izləyirdik və UEFA nümayəndəsi ilə əlaqə saxlayırdıq. Oyuna 2 saat, 1 saat və 45 dəqiqə qalmış hakimlərlə əlaqə saxladıq, özümüz də stadionda gördük ki, hava açılır və matçın oynanmasına qərar verildi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.