İdman

Faiq Qarayev millidə karyerasını başa vurub

12 Oktyabr 2018 08:54
0 Şərh     Baxış: 579

Azərbaycan voleybolunu yüksəklərə qaldıran təcrübəli Faiq Qarayev məşqçilik karyerasını başa vurub. Milli.Az Trend-ə istinadən bildirir ki, bu addım 59 yaşlı təcrübəli mütəxəssisin səhhətində yaranan ciddi problemlə bağlıdır.

Millimizi 4 dəfə dünya, 7 dəfə Avropa çempionatına yüksəldən, yığma və klubla bir sıra turnirlərdə uğurlara daşıyan çalışdırıcı Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti işini davam etdirəcək.

Ölkə voleybolunda digər təcrübəli şəxs Natalya Məmmədova da bundan sonra yığmanın heyətində yer almayacaq. Karyerasını Qazaxıstanda davam etdirəcək ulduz oyunçu Yaponiyada milli ilə vidalaşıb və bundan sonra əsas komandanın formasını geyinməyəcəyini açıqlayıb. O, bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.