İdman

Farer adaları - Azərbaycan oyunu təxirə salına bilər

11 Oktyabr 2018 21:53
0 Şərh     Baxış: 1 984

UEFA Millətlər Liqasının üçüncü turunda bu gün keçirilməsi nəzərdə tutulan  Farer adaları - Azərbaycan oyunu təxirə salına bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb dumanlı hava şəraitidir. Hazırda "Torsvollur" stadionunu qatı dumana bürünüb və çiskinli hava hökm sürür.

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən qapıdan meydanın mərkəzi görünmürsə, oyun təxirə salınmalıdır.

Xatırladaq ki, Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlamalıdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.