İdman

"Yuventus"un futbolçusu olduğunu dedi, hamını inandırdı - Uşaqda fərasətə bax

11 Oktyabr 2018 18:08
0 Şərh     Baxış: 757

Meksikalı bir gənc özünü "Yuventus"un futbolçusu kimi göstərərək, Argentina və Meksika mətbuatını aldatmağı bacarıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, qəzetlərdə xəbərləri çıxan, imza günləri təşkil edib reportajlar verən 19 yaşlı Dionisio Farid Rodriqez özünü "Yuventus"un futbolçusu kimi təqdim edib. "Qoca sinyora"nın formasıyla fərqli məkanlarda şəkillər çəkdirən Rodriqez, bununla da kifayətlənməyib, "Yuventus"un portuqaliyalı futbolçusu Joao Serraonun şəkillərini dəyişdirərək, öz şəkli kimi təqdim edib.

Bundan başqa, saxtakar "futbolçu" montaj olunmuş video da hazırlayıb, sosial şəbəkələrdə paylaşıb.

"Yuventus" apardığı araşdırmadan sonra meksikalı gəncin saxta karyerasının fərqinə varıb və onu transfer etmək istəyən "Pumas" klubuna xəbərdarlıq edib.

Həqiqətlərin ortaya çıxması ilə Rodriqez 16 min izləyicisi olan "instagram" hesabını bağlayıb və yoxa çıxıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.