İdman

"Azərbaycanla oyunda uduzmaq olmaz" - Qreqersen

11 Oktyabr 2018 15:56
0 Şərh     Baxış: 534

Oyun yaxşı hazırlaşmışıq. Hava şəraiti əlverişli olmasa da, bunu düşünmürük. Qalib gəlib, qrup lideri olmaq istəyirik.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri millimizlə oyundan öncə Farer adalarının futbolçusu Atli Qreqersen deyib. 36 yaşlı müdafiəçi bu qarşılaşmada uduzmamaları üçün əllərindən gələni edəcəklərini bildirib:

"Azərbaycan millisi topla yaxşı rəftar edir. Rəqibimiz yaxşı komandadır. Onlara tez qol vursaq, üstünlük əldə edəcəyik. Bu oyunda uduzmaq olmaz. Əks halda, Kosovonu daha da irəli buraxa bilərik".

Qeyd edək ki, Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə 22-45-də başlayacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.