İdman

Azərbaycan gimnastı Yeniyetmələrin III Olimpiya Oyunlarının çempionu olub

11 Oktyabr 2018 10:43
Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gimnastı Yelizaveta Luzan Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının çempionu olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, idmançımız Olimpiya Oyunlarının yeni formatına əsasən, bütün gimnastika növləri üzrə qarışıq komandaların yarışında qızıl medal qazanıb.

Beləliklə, milli komandamızın aktivində 2 qızıl və 1 bürünc medal var. Bundan əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc medal qazanıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.