İdman

Sərbəst güləşçilərimiz “Ugra Open”də yarışacaqlar

11 Oktyabr 2018 11:37
0 Şərh     Baxış: 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda "Ugra Open" turniri keçiriləcək.

Milli.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ənənəvi xarakter daşıyan yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 7 idmançı - Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.