İdman

"Azərbaycanla oyunda sübut etdik ki..." – Malta millisinin qapıçısı

11 Oktyabr 2018 08:23
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanla oyunda qazandığımız müsbət nəticə qarşıdakı 2 görüşə nikbin baxmağa əsas verir".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Malta millisinin qapıçısı Endryu Hoqq federasiyanın rəsmi saytına açıqlamasında deyib. UEFA Millətlər Liqasının 3-cü turunda sabah Kosovo ilə keçirəcəkləri səfər oyunu haqda danışan 33 yaşlı qolkiper rəqibdən çəkinmədiklərini bildirib:

"Əgər intizamlı və kompakt oynasaq, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, bu oyunlardan xal və ya xallar götürə bilərik. Kosovo qrupun ən güclü komandasıdır. Amma biz onlara adi futbol komandası kimi baxmalıyıq. Onlar da bizim kimi insanlardır, ona görə də qorxmaq üçün heç bir səbəbimiz yoxdur. Sadəcə, öz oyunumuzu göstərməliyik. Azərbaycanla matçda sübut etdik ki, yaxşı oynaya və topla lazımı səviyyədə rəftar edə bilirik".

Hoqq komandada əla ab-hava olduğunu gizlətməyib: "Düşərgədə nəzərə çarpacaq dərəcədə fərq hiss olunur. Əla atmosfer var və komanda bir-birinə daha sıx birləşib. Futbolçular arasında dostluq münasibətləri və nikbinlik hökm sürür. Bu komandanın bir üzvü olduğum, bura gəldiyim üçün şadam".

Qeyd edək ki, Malta millisi sabah səfərdə Kosovonun, oktyabrın 14-də isə Bakıda Azərbaycanın qonağı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.