İdman

İspaniya klubunun futbolçusu Fransa yığmasında oynamaqdan imtina edib

10 Oktyabr 2018 20:48
0 Şərh     Baxış: 594

Valencia klubunun futbolçusu Joffre Kondoqbiya Fransa milli komandasında oynamaqdan imtina edib.

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Fransa millisinə müntəzəm olaraq dəvət almadığı üçün Mərkəzi Afrika Respublikası (MAR) yığmasına qoşulmağı qərara alıb.

MAR-ın baş məşqçisi Raul Savoy da, öz növbəsində, futbolçuya dəvət göndərmək istəyib, lakin hazırda zədədən əziyyət çəkən J.Kondoqbiya milliyə qoşula bilməyib. Onun növbəti matçlarda komandaya çağırılması gözlənilir.

Fransanın Nemur şəhərində dünyaya gələn futbolçunun valideynləri MAR-dandır. O, Fransa U-20 millisi ilə 2013-cü il dünya çempionatında iştirak edib və kuboku başı üzərinə qaldırıb. J.Kondoqbiya Fransanın əsas millisinin heyətində də 5 oyuna çıxıb. Lakin bunların hamısı yoldaşlıq görüşləri olduğu üçün futbolçu yığmasını dəyişə bilər.

Qeyd edək ki, Kondoqbiya bu il may ayında Valencia-ya transfer olunub.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.