İdman

"Tokio-2020" Yay Olimpiya Oyunlarında da qaçqınlar komandası iştirak edəcək

10 Oktyabr 2018 23:09
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında da qaçqınlar komandası iştirak edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sessiyasında qəbul olunub.

Qaçqınlar komandası ilk dəfə "Rio-2016" Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Həmin vaxt komandanın heyətində Suriya, Konqo Demokratik Respublikası, Cənubi Sudan və Həbəşistandan 10 atlet yer almışdı.

Qeyd edək ki, qaçqınlar komandası "Rio-2016"da medal qazana bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.