İdman

Yaponiya olimpiadanın xərclərini azaltdı - 4,3 milyard dollar

10 Oktyabr 2018 21:49
0 Şərh     Baxış: 474

Yaponiya 2020-ci ildə keçiriləcək XXXII Yay Olimpiya və XVI Paralimpiya Oyunlarına hazırlıq üçün xərcləri 4,3 milyard dollar azaltmağa nail olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Buenos-Ayresdəki iclasında "Tokio 2020"nin baş direktoru Tosiro Muto məlumat verib.

O deyib ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının büdcəsi hazırda 12,6 milyard dollar təşkil edir. Əlavə obyektlərin tikintisi üçün xərclərin ixtisar edilməsi büdcəni azaltmağa imkan yaradıb. Eyni zamanda, əlavə test tədbirlərinin keçirilməməsi, bununla belə yalnız oyunlara hazırlıqla bağlı tədbirlərin təşkili nəzərdə tutulur. Bundan başqa, bir sıra vacib amillər də var ki, onları nəzərə almaqla büdcəni azaltmaq olar.

Təşkilat komitəsinin baş direktoru deyib ki, Oyunların könüllüsü olmaq istəyənlərdən ərizə qəbulu artıq başlayıb. Ümumilikdə, "Tokio-2020" 80 min könüllünün xidmətindən istifadə etməyi planlaşdırır.

Sentyabrın sonundan etibarən təşkilat komitəsi 30 min müraciət alıb. Ərizələrin qəbulu dekabradək davam edəcək. Daha sonra təşkilat komitəsi namizədlərin seçilməsi və təlim proqramına cəlb edilməsinə başlayacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.